Previous Next

Vyetnam Sosialist Respublikası ilə münasibətlərin inkişafı, yeni müqavilələrin imzalanması etibarlı tərəfdaşlıq müstəvisində əməkdaşlıqları daha da möhkəmləndirir

Azərbaycan dünyanın inkişaf edən, azad, demokratik dövlətlərdən biri olaraq müxtəlif beynəlxalq təşkilatlarla və dövlətlərlə əlaqələrini yeni dövrün tələblərinə uyğun genişləndirməkdədir. Azərbaycanın Asiya-Sakit okean dövlətləri ilə münasibətlərini genişləndirməsi xüsusi əhəmiyyət daşıyır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı, yeni dövlətlərarası müqavilələrin imzalanması etibarlı tərəfdaşlıq müstəvisində əməkdaşlıqları daha da möhkəmləndirir.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın cari ilin mayın 7-də ölkəmizə reallaşan dövlət səfəri çərçivəsində keçirilən məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatda da bu kimi məsələlərə xüsusi diqqət göstərildi. İmzalanan sənədlər də iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. 
Mətbuata bəyanatla çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd olunmalı olduğunu vurğulayaraq qeyd etmişdir: “Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.
Bu səfər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, həmçinin qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edəcək. Səfərin əhəmiyyətini vurğulayan Ölkə başçısı cənab İlham Əliyev müsahibə zamanı tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir: “Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar”.
Bir sözlə, bu səfər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, həmçinin qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edəcək. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu baxımdan, sözügedən səfəri etibarlı tərəfdaşlıq müstəvisində inkişaf edən Azərbaycan-Vyetnam əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.

Rəşad SADIQOV, 
s.e.ü.f.d., ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search