Previous Next

ADPU komandası ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Robot Olimpiadasında qalib olub

9-11 may tarixlərində Azərbaycanda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Robot Olimpiadasında (“Azerbaijan İnternational Robotics Olmypiad”) Azərbaycan Dövlət Pedaqoji Univeristetinin (ADPU) tələbələri də iştirak edib. Yarışda 150 komandada 282 içtirakçı 7 kateqoriya üzrə mübarizə aparıblar.

Pedaqoji Universitetin Fizika fakültəsinin STEAM Mərkəzinin müəllimi Vəfa Abdurahmanovanın mentorluğu ilə 3 kateqoriya üzrə yarışan ADPU komandası “Mega Sumo” və ”Line folowing” kateqoriyalarında müfafiq olaraq II və III yerlərə layiq görülüb.

Qeyd edək ki, komandanın tərkibində ADPU-nun Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Həsənova Nərmin, Kimya və biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisasının III kurs tələbələri Cəfərova Tünzalə, Hacılı Əsmər, Qəfarova Zeynəb, ADNSU-nun Robototexnika və mexatronika ixtisasının II kurs tələbəsi Dadaşzadə Həsən, 288 saylı tam orta məktəbin X sinif şagirdi Şəfiyev Uğur və 152 saylı tam orta məktəbin X sinif şagirdi Ayan Nazaraliyeva yarışıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search