ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi “Effektiv layihə təkliflərinin verilməsi və yazılması” mövzusunda ADPU-nun Quba filialında 2 günlük təlim keçirib. Təlim Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Baku-Oxford Schoolun müəllimi Rüfət Əsədzadə tərəfindən aparılıb.
Təlim müddətində müəllimlər layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi üzrə 4 modul dinləyiblər. Daha sonra Qubada gəzinti təşkil olunub.