Previous Next

Fizika fakültəsinin keçmiş məzunları ADPU - da qonaq olublar

Azərbaycan Dövlət Pedaqoji Universutetinin Fizika fakültəsinin Texnologiya ixtisasını bitirmiş 1993-1997 ilin məzunları ilə görüş keçirilmişdir.
Məzunları universitetin giriş qapısında Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova , hüquqşünas Zakir Nağıyev, Fizika fakültəsinin dekan müavini Xankişi Məmmədov qarşıladılar.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru f.-r.e.d.,professor Asəf Zamanov məzunlarla görüşərək onları maraqlandıran sualları cavablandırdı.
Tədbiri giriş sözü ilə Könül Əsgərova açaraq məzunları salamladı , universitetin müasir vəziyyəti və yenilikləri haqqında ətraflı məlumat verdi.
Məzunlar təhsil aldıqları otaqlarda gəzintisi zamanı öz xatirələrindən danışdılar.
Yeni açılmış “STEAM labaratoriyası” ilə tanış oldular. Həmin məzunlara vaxtı ilə dərs demiş Zakir Nağıyev tələbələr haqqında öz ürək sözlərindən danışdı.
Məzunlar universitetdə yeni açılmış elektron kitabxana ilə də tanış oldular. Kitabxananın müdiri, İnformasiya Mərkəzinin direktoru Zinharə xanım kitabxana haqqında geniş məlumat verdi .
Məzunlar xoş xatirələrlə əvvəl oxuduqları təhsil müəssisəsindən ayrıldırlar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search