Previous Next

Kimya və biologiya fakültəsində yeni kafedra müdirləri seçilib

ADPU-nun Kimya və biologiya fakültəsində vakant vəzifələrə uyğun olaraq, müvafiq kafedralara müdirlərinin seçilməsi haqqında Şura sədri, fakültə dekanı dosent Reyhan Ağayeva çıxış edərək bildirib ki, 13 mart 2025-ci il tarixdə “Xalq” qəzetində dərc olunmuş elana əsasən fakültənin kafedralarına müdir seçkisi elan olunub. Biologiya və onun tədrisi texnologiyası kafedrasına 1 namizəd - dos. A.Ə.Yusifova, Analitik və üzvi kimya kafedrasına 1 namizəd - prof. Ə.Z.Zalov, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasına 1 namizəd - dos. K.O. İskəndərova və Fiziologiya kafedrasına 1 namizəd - dos. E.C. Mehbalıyeva öz namizədliklərini irəli sürmüşlər. May ayının 6-da Biologiya və onun tədrisi texnologiyası və Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasında, mayın 7-də isə Fiziologiya və Analitik və üzvi kimya kafedrasında iclaslarda bu məsələ müzakirə olunaraq, təsdiq olunmaq üçün Fakültə Elmi Şurasına təqdim olunub.

Dos. R.M.Ağayeva gizli səsvermənin keçirilməsi üçün sədr olaraq Analitik və üzvi kimya kafedrasından dos. İ.A.Cəfərovu, iclasın protokollaşdırılması üçün iclasın katibliyini fakültə Elmi Şurasının katibi dos. Ş.A.Abdullayevanı və səs hesablayıcı komissiya üzvləri dos. X.Q.İbrahimova, dos. L.Ü.Ağayeva və müəllim N.Y.Babayevanı təklif edib və yekdilliklə qəbul olunub. Gizli səsvermədə səsvermə hüququna malik 23 nəfərdən 20 nəfəri iştirak edib. Səsvermənin nəticələrinə əsasən, namizədlər müvafiq kafedralara müdir seçiliblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search