Previous Next

ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin yeni sədri Aydan Süleymanlı

Mayın 23-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) Hesabat-seçki iclasında Aydan Süleymanlı təşkilata yeni sədr seçilib. 
Aydan Süleymanlı 2006-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub.  2023-cü ildə orta təhsilini başa vuraraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Korreksiyaedici təlim ixtisasına qəbul olunub. 2024-cü ildən etibarən ixtisasını SABAH qruplarında davam etdirir. Hazırda isə II kurs tələbəsidir.
I kurs tələbəsi olarkən ADPU TKTB də menecer kimi fəaliyyətə başlayan Aydan qısa müddətdə aktiv fəaliyyəti ilə fərqlənərək, fakültə üzrə rəhbər müavini vəzifəsinə təyin edilib. Aydan eyni zamanda Təhsil Könüllüləri Tələbə Birliyi tərəfindən tələbələr üçün təşkil edilən musiqi dərnəyi çərçivəsində piano dərslərinə rəhbərlik edib. 
O, 2024-cü ildən təşkilatın fakültə üzrə rəhbəri, sonra isə təşkilatın sədr köməkçisi vəzifələrində fəaliyyət göstərib. Universitetin ictimai həyatında və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanlarla təltif olunub.
A.Süleymanlı cari ilin 23 mayında keçirilən Hesabat-seçki iclasında ADPU TKTB-yə yeni sədr seçilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search