Nənəbacı Qurbanova ADPU-nun 1982-ci il məzunudur. 1979-cu ildən Xaçmaz rayonunda Coğrafiya müəllimi müəllim olaraq çalışır. O, 43 il sonra doğma universitetə ilk dəfə "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün mükafatlandırma mərasiminə qatılmaq üçün gəlib. N.Qurbanovanın nəvəsi Aysu Ağahüseynova müsabiqənin 10 qalibindən biri olaraq 1000 AZN pul mükafatı, dəyərli hədiyyələr və Təşkilat Komitəsi tərəfindən təyin ediləcək mentorlara 1 illik peşəkar təcrübə proqramında iştirak etmək hüququ qazanıb.
65 yaşı tamam olan və 46 illik əmək fəaliyyətinin son ilini yaşayan Nənəbacı xanıma ən gözəl təqaüd hədiyyəsi elə nəvəsi Aysunun qələbə sevinci olub.