ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən “Liderlik bacarıqları və komanda idarəçiliyi” adlı təlim təşkil edilib.
Təlim əyani şəkildə, I dərəcəli dövlət qulluqçusu dosent Afaq Hüseyn tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara menecer və liderin fərqi müxtəlif qrup oyunları, keyslər, beyin həmləsi, diskussiya əsasında izah edilib. İştirakçılara lider əsaslı idarəetmə bacarığı aşılanıb, situativ və sistem idarəetmə texnologiyası öyrədilib.