Previous Next

“Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat (İB) proqramı” mövzusunda təlimlər davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–Tədris Mərkəzi və Avropa Azərbaycan Məktəbi (AAM) əməkdaşlığı ilə keçirilən “Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat (İB) proqramı” adlı təlim davam edir. 6 ay müddətində davam edəcək təlim Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4cü kurs tələbələri və magistrantları üçün nəzərdə tutulub. Təlim AAM-nin direktoru Françesko Bankini tərəfindən aparılır.

Təlimin əsas məqsədi İB kurikulumunun əsas tələb və meyarları əsasında peşəkar müəllim profilini inkişaf etdirməkdir. Ümumilikdə 39 nəfər tələbənin qoşulduğu təlim həmçinin tədris prosesinin təşkili zamanı İB kurrikulumun tətbiqi, orada istifadə olunan metod və alətlər, öyrətmənin effektivliyini artıran strategiyalar və onların vasitəsilə keyfiyyətli tədris mühitinin yaradılması yollarını gələcək müəllimlərə ötürmək məsədi daşıyır.

Təlimdə davamlı iştirak edən tələbələrə sonda sertifikat təqdim olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search