Previous Next

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə bilik yarışında qalib olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri "Aesthetic & Wellness World Academy (AWWA)" tərəfindən təşkil olunan “Piroqov” interaktiv cihazının təqdimatında və bilik yarışında iştirak ediblər. Tədbirdə ADPU-nun Kimya və biologiya fakültəsinin dekan müavini dosent Bəsti Əsədovanın rəhbərliyi ilə fakültə tələbələri bilik yarışında iştirak ediblər. Yarış ADPU tələbələri ilə 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələri arasında keçirilib. Yarışın münsiflər heyətində birinci dərəcəli müşavir diplomatik rütbəsinə malik Fikrət Paşayev, dekan müavini dosent Bəsti Əsədova, akademiyanın əməkdaşı Leyla Səlimova və 2 saylı Bakı Baza Tibb Kollecinin nümayəndəsi təmsil olunublar. Yarışın yekununda ADPU-nun Kimya və biologiya fakültəsinin tələbələri I yerə layiq görülərək diplom və sertifikatla təltif olunublar.

Ümumilikdə təqdimat və yarış anatomiya sahəsində tələbələrin praktik bacarıqlarının inkişafı baxımından faydalıdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search