Previous Next

ADPU-nun Şəki filialında "Məzun Günü"

İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təntənəli “Məzun Günü” tədbiri keçirilib. Karyera Mərkəzinin müdiri Xuraman Həmidova və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Günel Əliyevanın təşkilatçılığı ilə baş tutan tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti, 2024-2025-ci tədris ilinin məzunları, onların valideynləri və digər tələbələr iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru dosent Vurğun Məmmədov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə direktorun müşaviri dosent Rafiq Rəsulov, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Karyera Mərkəzinin müdiri Xuraman Həmidova və valideynlərdən Ülviyyə İslamova çıxış edərək məzunlara təbriklərini çatdırıblar.

"Məzun Günü"ndə ali təhsillərini yüksək akademik göstericilərlə başa vuran və ictimai fəaliyyətlərdə fərqlənən məzunlara fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.

Sonra tədbir musiqili proqramla davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search