Previous Next

"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın - Altunay İskəndərli

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Altunay Əhsən qızı İskəndərli Xocavənd rayon 2 saylı tam orta məktəbin 2020-ci il məzunudur. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olunub. I kursdan universitet daxilində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsinə qoşulmuş,  təşkilatda menecer kimi fəaliyyətə başlayıb. 2021-ci ildə  təşkilatın ixtisas üzrə sədri seçilib. 2021-ci ildən etibarən təhsilini SABAH qruplarında  davam etdirir. 2021–2024-cü illərdə THİK-in SABAH qrupları üzrə fakültə sədri vəzifəsini icra edib. Təhsil müddətində müxtəlif layihə və müsabiqələrdə uğurla iştirak edib.  SABAH qrupları tələbələri arasında keçirilən universitetlərarası voleybol yarışlarında II yerin qalibi, “Şuşa ili”nə həsr olunan bilik yarışmasının finalçısı olub. 48-ci ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun finalçısıdır. Altunay Direktorların işə qəbulu üzrə müsabiqədə koordinator kimi,  TIMSS və ICILS beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarında təcrübəçi kimi fəaliyyət göstərib. The MaestRobot Competition & Festival müsabiqəsinin Azərbaycan mərhələsində I yerin qalibi olub. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkil etdiyi, universitetlərin akkreditasiya prosesində tələbə iştirakını nəzərdə tutan “Keyfiyyət Elçisi” təlim proqramını uğurla başa vuraraq “Keyfiyyət Elçisi” kimi fəaliyyətə başlamışdır. Yüksək təhsil göstəricilərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülən tələbələr sırasında yer alıb. Hazırda sonuncu kursda təhsil alır.

#ADPU  #PUGTLII  #PedaqojiUniversitet  #GələcəkTəhsilLiderləri  #eduaz  #ElmvəTəhsilNazirliyi  #edugovaz  #EATDA  #bp  #səndəbacararsan 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search