"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Gülay Müsayib qızı İmanzadə Sabunçu rayon 310 nömrəli tam orta məktəbin 2022-ci il məzunudur. Orta məktəb dövründən idman, rəqs və musiqi ilə məşğul olub, R.Behbudov adına Dövlət Mahnı Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında (Lüteran kilsəsi) konsertlə çıxış edib. Musiqi məktəbini fərqlənmə ilə bitirib. 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya müəllimliyi fakültəsinə qəbul olunub. Biologiya müəllimliyi ixtisasının III kurs tələbəsidir. Universitetə qəbul olduğu dövrdən universitetin ictimai həyatında aktiv şəkildə iştirak edir, fakültə və universitetdaxili layihə və tədbirlərin aktiv iştirakçısıdır. Tələbə Gənclər Təşkilatının daxilində fəaliyyət göstərən Art klubun rəhbər müavini kimi fəaliyyət göstərib. 2024-cü ilin oktyabr ayından universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin daxilində fəaliyyət göstərən ADPU TV könüllü tələbə komandasında rəhbər müavini olaraq fəaliyyət göstərir. 2025-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllülük proqramını uğurla tamamlayıb. Könüllü olduğu müddətdə rəsmi dövlət səviyyəsində təşkil edilən bir sıra layihələrin icrasında əhəmiyyətli rol oynayıb. 2 Fevral – Gənclər Günü münasibətilə Universitetin ictimai həyatında fəal iştirakına görə ADPU-nun rektoru prof. Cəfər Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilib.
#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan