"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:
Aysu Ehtiram qızı Ağahüseyinova Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. 2010-2021-ci illərdə Xaçmaz rayon Nərəcan kənd Cəbiyev Cavid adına tam orta məktəbində orta təhsilini alıb. Məktəb dövründə bir sıra yarışların qalibi olub. IX sinifdə təhsil alarkən İnformatika fənni, XI sinifdə isə Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinalçı olub. 2021-ci ildə məktəb üzrə yüksək nəticə göstərərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika ixtisasına qalib olub. 2022 ildə SABAH qruplarına qəbul olub və hazırda təhsilini SABAH qruplarında davam etdirir. Universitetin ictimai həyatında aktiv iştirakı ilə fərqlənir. 2022-2023cü illərdə ADPU SABAH Könüllülər Təşkilatının sədri vəzifəsini icra edib. İki dəfə "İT Brains Academy" təşkil etdiyi təqaüd proqramını qazanıb və Backend proqramlaşdırma təhsili alıb. Gənc Riyaziyyatçıların IV elmi konfransında çıxış edib və məqaləsi çap olunub. "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin I mövsümünün yarımfinalçısı olub. "Müasir Azərbaycan Cəlil Məmmədquluzadənin məfkurəsi işığında: mədəniyyət, dil, təhsil və ictimai fikir" mövzusunda tələbə elmi konfransında ""Molla Nəsrəddin" jurnalının cəmiyyətə təsiri və Cəlil Məmmədquluzadənin rolu" mövzusunda məqalə ilə çıxış edib. STEAM "İdeyadan icraya" sərgisində layihə ilə təmsil olunub. 2022-2023 və 2023-2024 SABAH qruplarına qəbul ilə bağlı infosessiyalarda rəhbərlik edib.
#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan