ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Nəsillərarası fərqlər kontekstində münasibət dinamikası: Valideyn–uşaq və müəllim–tələbə əlaqələri" mövzüsünda seminar keçirilib. Seminarda valideyn-uşaq və müəllim-tələbə əlaqələri, nəsil fərqlərinin mənşəyi və əsas xüsusiyyətləri, müasir müəllim və tələbə münasibətlərində dəyişən rollar, valideynlikdə nəsil fərqlərinin rolu və çağırışları ,empatiya, aktiv dinləmə və effektiv sərhəd qoyma bacarıqları, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması kimi məsələlər müxtəlif aspektlərən geniş təhlil edilib.
Seminar ADPU-nun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova tərəfindən aparılıb.