Previous Next

"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Nigar Xəlil

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Nigar Fərid qızı Xəlil Bakı şəhəri  Suraxanı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin məzunudur. Buraxılış imtahanlarında 230 baldan yuxarı nəticə əldə edərək 9-cu sinfi fərqlənmə attestatı, 11-ci sinfi isə uğurlu nəticə ilə başa vurub. Orta təhsil müddətində müxtəlif layihələrdə, yarışlarda və olimpiadalarda iştirak edərək bir sıra uğurlar qazanıb. Kiçik Akademiya çərçivəsində Ədəbiyyat və Riyaziyyat fənləri üzrə “Haqqı bağıran səs – Əhməd Cavad” və “Kriptoqrafiya və Kriptoanaliz” mövzularında elmi işlər yazıb.
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub. Hazırda II kurs tələbəsidir. ADPU THİK-in "Gənc yazarlar" klubunda fəaliyyət göstərir.
Universitetdə keçirilən müxtəlif müsabiqə və tədbirlərdə aktiv iştirak edib, "Qələmin gücü" və "Zəfər salnaməsi" adlı hekayə yarışlarında I yerə layiq görülüb. Bundan əlavə, bir sıra mərkəzlərin təşkil etdiyi "Uşaqlarda öz güvənin formalaşması", "Uşaqlarda davranış pozuntusu", "Psixotiplər", "Uşaqlarda disleksiya", "Auditoriya qarşısında çıxış" və "Natiqlik" kimi təlimlərdə iştirak edərək rəsmi sertifikatlar qazanıb. 

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search