Previous Next

ADPU-da "Code for Future" layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Code for Future” layihəsinin  2024-2025-ci tədris ili üzrə bağlanış tədbiri keçirilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitet rəhbərliyi, “Alqoritmika” şirkətinin nümayəndələri, layihə çərçivəsində tədris prosesində iştirak edən təlimçilər və tələbələr iştirak ediblər.
Tədbirin açılışında çıxış edən professor Cəfər Cəfərov layihənin əhəmiyyətindən bəhs edərək, gələcək müəllimlərin innovativ bilik və bacarıqlara yiyələnməsinin ölkənin təhsil strategiyasına verdiyi töhfəni vurğulayıb.
Daha sonra layihə rəhbəri Nəzrin Əliyeva cari tədris ili üzrə həyata keçirilmiş fəaliyyətlər və əldə olunan nəticələrlə bağlı təqdimatla çıxış edib. N.Əliyeva bildirib ki, layihədə tədris ili üzrə ümulikdə 222 tələbə iştirak edib, təlimlərdə 84% ümumi performans və 93% davamiyyət qeydə alınıb. Tədris ili müddətində 7 dərsdənkənar tədbir təşkil olunub.
Tədbir 2024–2025-ci tədris ili üzrə layihə məzunlarına sertifikatların təqdim edilməsi ilə yekunlaşdırılıb.
Qeyd edək ki, “Code for Future” layihəsi gələcək müəllimlərin informatika fənninin tədrisində daha innovativ və effektiv yanaşmaları öyrənməsini, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsini hədəfləyən təşəbbüsdür. Layihə çərçivəsində tələbələrin həm texniki bilikləri, həm də praktiki bacarıqları gücləndirilir, onların tədris prosesində yeni texnologiyalardan istifadə etmə vərdişləri formalaşdırılır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search