Previous Next

Azərbaycanın ən aktual qlobal problemlərin həllində ön sıralarda yer alması dünyada qəbul edilmiş bir faktdır

Cari ilin iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gəlib. Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib.

Forumda iştirakçıların suallarını cavablandıran Ölkə başçısı cənab İlham Əliyev Şuşa Media Forumunun artıq ənənəvi xarakter aldığını və bu ənənə davam edəcəyini bildirərək qeyd etmişdir: “Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib. Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq”.

Ümumiyyətlə, son illər Azərbaycanın ən aktual qlobal problemlərin həllində ön sıralarda yer alması dünyada qəbul edilmiş bir faktdır. COP29 kimi qlobal sammitdən sonra gələn il Dünya Şəhərsalma Forumunun da Bakıya həvalə edilməsi bunun təsdiqidir.

Bir sözlə, özünü dünyada enerji istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi təqdim edir. Ölkəmiz Beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Bu gündə ölkəmiz Cənubi Qafqaz regionunda inkişafına görə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı islahatlara görə dünya mediasının diqqət mərkəzindədir. Əminliklə deyə bilərik ki, aparılan bu siyasət davamlı olacaqdır.

Turan KƏRİMLİ,

ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search