2025-2026-citədris ili üzrə ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin elektron qaydada qeydiyyatı 24 iyul 2025-ci il tarixində başlayacaq və 1 avqust saat 18:00-da başa çatacaq.
Elektron qeydiyyat üçün bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi zəruridir (əgər tələb olunan sənəd varsa).
“portal.edu.az”da ilk dəfə qeydiyyatdan keçənlər üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf
Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da başa çatacaq. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.
Portala PDF formatında yüklənməsi tələb olunan sənədlərin və ADPU-nun Magistratura və doktorantura şöbəsinə 15-22 sentyabr 2024-cü il tarixlərində təqdim ediləcək sənədlərin siyahısı postlarda verilmişdir.
Məlumatların təsdiqi və sənədlərin yüklənməsindən (tələb olunan sənəd varsa) sonra, hansısa düzəliş yoxdursa, ödəniş hissəsinə keçiriləcək. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə bank kartları vasitəsilə, "Birbank" tətbiqi, "Emanat" və "Ekspresspay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq), banklarda isə invoys kodla (invoys kod onlayn qeydiyyat prosesində “ödəniş” hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).
❗ İllik təhsil haqqının minimum 50%-i ödənilməlidir. Bu halda qalan hissə dekabr ayının sonunadək ödənilməlidir.
❗ Tələbə Təhsil Krediti Fonduna müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.
✅ Təhsil haqqından azad olunmaq, yaxud təhsil haqqına güzəşt hüququ verən hallar, eləcə də Tələbə Təhsil Krediti Fonduna müraciət qaydaları ilə tanış olmaq üçün müvafiq postdakı QR kodu oxutmanız kifayətdir.
ADPU-nun Magistratura və doktorantura şöbəsi
Ünvan: Bakı şəh., Həsən Əliyev küçəsi, 104, ADPU-nun 2 saylı tədris binası, otaq 313
Əlaqə telefonu: (+99412) 465 81 53