Previous Next

ADPU rektoru birinci tədris ilinin tələbələri ilə görüşüb!

Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi universitetə yeni qəbul olunmuş tələbələrlə görüşüb.
Universitetin rektoru professor Cəfər Cəfərov, prorektorlar və müvafiq fakültə dekanları tədris auditoriyalarında birinci tədris ilinin tələbələri ilə görüşərək onları tələbə adını qazanmaları və müəllimlik peşəsini seçdikləri üçün təbrik ediblər.
Tələbələrlə öz fikirlərini bölüşən professor Cəfər Cəfərov son günlər ərzində ermənilərin genişmiqyaslı təxribatı nəticəsində hərbi qulluqçularımız arasında şəhidlərin olmasını qeyd edərək, şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanının yerdə qalmadığını vurğulayıb.
Rektor bildirib ki, bu gün bütün gənclərimiz informasiya savaşında ayıq və aktiv olmalı, eyni zamanda öz ixtisaslarını dərindən mənimsəmək üçün məsuliyyətlə çalışmalıdırlar.
Rektor prof. C.Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi, müasir dövrün tələblərinə cavab verən tədris mühitinin yaradılması istiqamətində xeyli imkanlar var və bu imkanlar durmadan təkmilləşdirilir.
C.Cəfərov qeyd edib ki, tələbələr peşəkar alimlərdən dərs almaq imkanı ilə yanaşı universitetin sosial həyatında aktiv iştirak edə, tələbə təşkilatlarında fəaliyyət göstərə, o cümlədən, operativ sosial media hesabları və veb səhifə üzərindən ən son məlumatları ala və onları maraqlandıran bütün suallara yerindəcə cavab ala bilərlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search