Previous Next

Pedaqoji Universitet yüksək nailiyyətli gənclərin seçiminə çevirilib!

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) özünün sürətli inkişafı və yenilənməsi dövrünü yaşayır. Effektiv tədbirlərin nəticəsində 100 illik ali təhsil ocağının təlim-tədris mühitində xeyli yeniliklərə imza atılmış, kəmiyyət və keyfiyyət göstəricilərinin davamlı müsbət dinamikasına nail olunmuşdur. Təsadüfi deyil ki, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ADPU-nun təxminən 2500 nəfərlik plan yeri 100 faiz dolmuşdur və universiteti seçən yüksək ballı tələbələrin sayı yüksəlmişdir.
Qeyd olunanlarla yanaşı, ADPU-nun bütün fakültələrinə qəbul olunan tələbələr arasında müxtəlif sahələrdə nailiyyətlərə imza atmış gənclərimiz də az deyil. Universitetin Fizika fakültəsinin texnologiya müəllimliyi ixtisası da bu sırada özünəməxsus yer tutur.
Sentyabrın 22-də belə gənclərin bir qismi ilə ali təhsil ocağının rəhbərliyi görüş keçirib. Görüşdə rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov və tələbələr iştirak edib.
2022-2023-cü tədris ilində rus bölməsi üzrə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olunmuş Aysel Aslanzadə bədii gimnastika və riyaziyyat üzrə ölkə və beynəlxalq miqyaslı xeyli uğurlara imza atıb. Bu ixtisası seçən digər tələbə Sahib Hüseynzadənin isə müxtəlif idman sahələrində Respublika və beynəlxalq səviyyədə nailiyyətləri var. Həmçinin, bu tələbələrin arasında Vətən müharibəsində iştirak edərək müxtəlif təltiflərə layiq görülmuş Turan Məmmədov da yer alır.
Tələbələrlə görüşdə onların fəaliyyəti yüksək qiymətləndirilmiş, gənclərimizin hər sahədə uğurlu mövqe tutduğu qeyd olunmuşdur. Xüsusən, istedadlı və bacarıqlı gənclərimizin müəllimlik peşəsinə yönəlməsinin olduqca sevindirici olduğu vurğulanmışdır.
Tələbələrə universitetin atributları hədiyyə edilmiş, xatirə fotosu çəkdirilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search