Sentyabrın 26-da Azərbaycan Dövlət Pdaqoji Universitetində ödənişli təhsil alan tələbələr üçün Təhsil Tələbə Kredit Fondu tərəfindən tələbə kreditinə müraciət etmək imkanları haqqında maarıfləndirici seminar təşkil olunub.
Seminarda fondun əməkdaşı tərəfindən təhsil tələbə kreditinin təyinatı, bu imkandan yararlanmaq qaydaları haqqında ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, təhsil tələbə krediti təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək məqsədi ilə dövlət tərəfindən təqdim olunan unikal sosial dəstək mexanizmidir. Bu kredit aşağı faiz dərəcəsinə malik olmaqla, tələbələrə təhsilini bitirib özləriə karyera qurduqdan sonra ödəniş etmək imkanı yaradır.