Previous Next

ADPU TGT üzvləri II Fəxri Xiyabana yürüş ediblər!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) üzvləri II Fəxri Xiyabana yürüş ediblər. Yürüşdə 300 nəfərə yaxın könüllü tələbə iştirak edib.
Yürüş zamanı tələbələr 44 günlük Vətən müharibəsində xüsusi şücaət, misilsiz qəhrəmanlıqlar nümayiş etdirərək əzəli torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarları önünə gül dəstələri qoymuş, şəhidlərimizin ruhu dərin ehtiramla yad edilmişdir.
Həmçini, yürüş zamanı tələbələrə 44 günlük Vətən Müharibəsi və 2022-ci ilin 12-13 sentyabr tarixlərində baş verən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız haqqında ətraflı məlumat verilib.
Tələbələr Azərbaycanın ərazi bütövlüyünün əbədi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şəhidlərin qanı ilə azad olunan topraqlarımızın daim çiçəklənəcəyini vurğulayıblar

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search