Previous Next

Gənclər və idman naziri ADPU-nun Ağcabədi filialının tələbələri ilə görüşüb!

Oktyabrın 21-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbələri ilə görüşüb.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva, Nazirliyin Gənclərlə İş Şöbəsinin müdiri Fuad Babayev, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev də iştirak edib.
Filialın direktoru Mobil Məcidov müəllim-tələbə heyəti adından naziri salamlayaraq, təhsil ocağına gəldiyi üçün təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.
Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və arzuları ilə maraqlanıb. Tələbələr öz uğurları və fəaliyyətləri barədə danışıb, nazirə müxtəlif mövzularda suallar veriblər. Region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib.
Görüşdə filialın tələbə-gənclər təşkilatı ilə rayon Gənclər və İdman İdarəsi arasında əlaqələrin gücləndirilməsi, müxtəlif təşəbbüslərin birgə həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə daha çox cəlb edilməsi və vətənpərvərlik istiqamətlərində fikir mübadiləsi aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search