Previous Next

ADPU-da “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans keçirilib!

Oktyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hislərini gücləndirmək” adlı layihə çərçivəsində müəllim və tələbələrin iştirakı ilə “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans keçirilib.
Konfransda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov, layihə rəhbəri Muğan Əliyev, mütəxəssis Pərvanə Əzimova və daxili işlər orqanlarının nümayəndələri iştirakçılara narkotik və psixotrop vasitələrin zərərləri və onlara qarşı mübaricədə ictimai birliyin və ayıqlığın önəmi ilə bağlı ətraflı məlumat veriblər.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara maarifləndirici materiallar təqdim olunub, fəal iştirakçılar sertifikatlarla təltif olunublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search