Previous Next

Rektor magistrantlar üçün "ADPU-da strateji idarəetmənin xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib!

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor professor Cəfər Cəfərov “Təhsilin təşkili və idarə edilməsi (MBA)” ixtisaslaşmasında təhsil alan magistrantlar üçün “ADPU-da strateji idarəetmənin xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib.
Əvvəlcə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Tədris departamentinin direktor müavini dosent Ənvər İmanov ADPU-da strateji palanlama və idarəetmə fəaliyyəti haqqında ümumi məlumat verərək, təhsil liderlərinin hazırlanmasının universitetin əsas hədəflərindən olduğunu diqqətə çatdırmış, məhz bu məqsədlə yaradılan Təhsil menecmenti kafedrasında müasir təhsil idarəçiliyi və təhsilin biznes əsasları ilə bağlı müasir təlim kurslarının hazırlanaraq tədris olunduğunu qeyd ediblər.
“Təhsildə strateji idarəetmə” fənni üzrə dərs-görüşdə magistrantlar üçün ustad dərsi keçən prof. C.Cəfərov ADPU-da tətbiü olunan strateji bə optimal idarəetmə mexanizmi haqqında geniş məlumat vermiş, növbəti illər üçün universitetin strateji planının əsas konturları haqqında maraqlı məqamları açıqlamışdır.
Magistrantlar tərəfindən maraqla qarşılanan master-klassda universitetdə strateji planlaşdırma və risk idarəetməsi, yeniliklərin optimal tətbiqi ilə bağlı çoxsaylı suallar ünvanlanmış, suallar ətrafında geniş müzakirə aparılmış, təkliflər dinlənilmişdir.
Qeyd edək ki, ADPU-da yeni nəsil təhsil liderlərinin hazırlanması strategiyasına uyğun olaraq, “Təhsilin təşkili və idarə edilməsi (MBA)” ixtisaslaşmasında təhsil alan magistrantlar üçün mütəmadi olaraq, ADPU-da, Pedaqoji Kollecdə, baza məktəbində, 132-134 saylı təhsil kompleksində, Britaniya-Azərbaycan Məktəbi kimi təhsil müəssisələrində təhsilin bütün pillə və səviyyələri üzrə akademik və inzibati heyətlə praktik görüşlər və seminarlar keçirilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search