Previous Next

ADPU nümayəndələri əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə görüşdə iştirak edib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub.

Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatları, blogerlər, universitet və ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetini görüşdə Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli təmsil edib.
Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində “Təhsil sistemində müyəssərlik və inklüzivlik imkanları” və “Əlilliyi olan uşaqların hərtərəfli inkişafı, istedad, bilik və bacarıqlarını realizə etmələri üçün mövcud imkanlar və çətinliklər” mövzularında iki blokdan ibarət olmaqla müzakirələr aparılıb.
Tədbirdə qonaqlar, habelə ADPU nümayəndələri tərəfindən səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağı qeyd edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search