Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Fizika fakültəsində Ü.Hacıbəyli 68 Ərazi Partiya Özəyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Fizika fakültəsinin dekan müavinləri dosent Xankişi Məmmədov, dosent Xatirə Adgözəlova və dosent Qalib Şərifov, Ərazi Partiya Özəyinin sədri baş müəllim Əsmət Teymurova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin ADPU-dakı abidəsi önünə gül dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər H.Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan b/m. Ə.Teymurova Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açaraq, bildirib ki, YAP siyasi zərurətdən yaranan partiyadır. YAP ötən 30 il ərzində şərəfli və nümunəvi yol keçib, ümumxalq partiyasına çevrilib.
Dos. X.Məmmədov çıxış edərək bildirdi ki, YAP Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. Partiyanın həyata keçirdiyi missiyanın əhəmiyyəti bu gün partiyanın sıralarında birləşən çoxsaylı üzvlərin sayında öz təsdiqini tapır.
Tədbirdə YAP-a yeni qəbul olunmuş əməkdaşlara və tələbələrə partiya vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.