Previous Next

ADPU əməkdaşları ali təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq tədbirdə

Bakı Biznes Universiteti (BBU) tərəfindən Erasmus+ proqramı çərçivəsində 21-25 noyabr tarixlərində ali təhsildə keyfiyyət təminatına dair beynəlxalq tədbir keçirilmişdir. Tədbirin məqsədi BBU-nun tərəfdaşı olan xarici ölkələrin ali təhsil müəssisələrinin, o cümlədən, İngiltərə, İsveç, İspaniya, İtaliya, Türkiyə və Polşa universitetlərində keyfiyyət təminatında mövcud olan təcrübələrin Azərbaycanın ali təhsil müəssisələrinə ötürülməsidir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universtetindən (ADPU) Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, şöbənin mütəxxəsisi Qərənfil Məmmədzadə və Tədris Texnologiyaları şöbəsinin müdiri Leyla Əliyeva iştirak etmişdir.
Tədbirin ilk günündə “Keyfiyyət təminatının ali təhsildə rolu”, “Jaen Universitetinin keyfiyyət təminatı sistemi”,  “İspaniya planlaşdırma və qiymətləndirmə sistemi”, “Tuscia Universitetində daxili keyfiyyət təminatı sisteminin qurulması və icrası”, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə fəaliyyətinin mahiyyəti və faydaları”, “Polşa universitetləri təcrübəsində tədrisin keyfiyyətinin təmin edilməsi mexanizmləri və tədris prosesinin qurulması” mövzularında təqdimatlar edilmişdir. Təlimlərin növbəti günlərində isə xarici tərəfaşlar tərəfindən təhsil proqramı üzrə komitələrin funksiyaları, pofessor-müəllim heyətinin qiymətləndirilməsi, dekanların keyfiyyət təminatında rolu, strateji planlama, daxili audit, məmnunluq sorğularının keçirilməsi kimi mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə təcrübə mübadilələri aparılmışdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search