Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər Təhsil fakültəsində "Vətən müharibəsi konteksində gənclərin vətənpərvərlik tərbiyəsinin aktual problemləri" mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Plenar iclasda Məktəbəqədər Təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Məktəbəqədər təhsil kafedrasının müdiri professor Müseyib İlyasov çıxış edərək Vətən müharibəsinin Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik duyğularının təzahüründə dönüş nöqtəsi olduğunu qeyd etmişlər.
İki bölmə üzrə davam edən konfransda tələbələrlə birgə vətənpərvərlik hissinin aşılanması ilə bağlı müzakirələr aparılıb.