Previous Next

ADPU TGT Sumqayıt Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş tədbir keçirib

Dekabrın 8-də Bakı Opera Studiyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının (BMA TGT) təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşları Ülvi Quluzadə və Fidan Həsənova, ADPU TGT-nin sədri Təhmasib İmaməliyev, BMA TGT-nin sədri Nihat Ağayev, SDU TGT-nin sədri Elmin Novruzlu, bir sıra universitet və kolleclərin təşkilat sədrləri və 750-dən çox tələbə iştirak ediblər.
Tədbir Azerbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Çıxış edən ADPU TGT sədri Təhmasib İmaməliyev ölkənin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr vermiş Sumqayıt Dövlət Universitetinin qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə təhsildə uğurlu addımlar atdığını, yarandığı vaxtdan etibarən universitetin üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyini, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirdiyini diqqətə çatdırmışdır.
Daha sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Sumqayıt", "Heyratı", "Qarabağ inciləri", "Xudayar təsnifi", "Azərbaycan", "İncə bellim" və "Gilavar" mahnıları ifa olunmuş, Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən "Oxu tar", "Komdenin arzuları", "Ana", "Mən səni araram" "3-cü prelud", "Parafraz", "Skretso", "I will survive" musiqi nömrələri səslənmiş, ADPU TGT-nin "İnci" rəqs qrupunun təqdimatında xalq rəqsi nümayiş etdirilmişdir.
Tədbir ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Şur rəngi" mahnısının ifası ilə yekunlaşmışdı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search