Previous Next

Kimya və biologiya fakültəsinə yeni dekan seçildi

Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində dekan seçkiləri keçirilib.
Fakültədə çalışan 109 nəfər əməkdaşdan 99-nun iştirak etdiyi seçkilərdə Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri k.f.d., dosent Reyhan Ağayeva dekanlığa namizədliyini irəli sürüb.
Dekan seçkiləri ilə bağlı fakültənin ümumi iclasına sədrliyi Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, katibliyi isə Elmi katibliyin əməkdaşı Şəfa Əhmədova icra edib.
Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, Baş hüquqşünas Zakir Nağıyev və Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev seçkidə müşahidəçi qismində iştirak ediblər.
Sədr dos. Eldar Aslanov iclası açıq elan edərək bildirib ki, qaydalara uyğun olaraq, dekanlığa namizədlər haqqında məlumat verilməli, namizədlərin platformaları dinlənməli və müzakirələrdən sonra fakültə kollektivi gizli səsvermə yolu ilə yeni dekanı seçməlidirlər. 
Prosedur əsasında dekan vəzifəsinə namizəd dos. Reyhan Ağayeva çıxış edərək seçiləcəyi təqdirdə növbəti 5 il üçün fakültədə icra edəcəyi işlərlə bağlı platformasının əsas tezislərini təqdim edib. Namizədin platformasında innovativ təlim və beynəlxalq təhsil məkanına inteqrasiyanın genişləndirilməsi, Kimya və biologiya müəllimliyi ixtisasları üzrə elmi-metodik liderliyin təmin edilməsi, ingilisdilli qruplar,ın açılması, əmək bazarının tələbləri və dünya trendləri əsasında yeni yanaşmaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi kimi məsələlər yer alıb.
Təqdimatdan sonra müzakirələrə keçilib. Müzakirələrdə namizədin platforması ətrafında fikir mübadiləsi aparılıb, namizəd haqqında rəylər dinlənilib.
Sonra gizli səsvermənin aparılması üçün fakültə əməkdaşlarından dosent Kərim Quliyev, dosent Asəf Quliyev, baş müəllim Nazir Mirzəyev, baş müəllim İradə Məmmədova, baş müəllim Nigar Babayeva, müəllim Bəsti Əsədova və müəllim Afət Hacıyevadən ibarət Hesablayıcı Komissiya formalaşdırılıb. 
Gizli səsvermədən sonra Hesablayıcı Komissiyanın sədri dos. Kərim Quliyev nəticələri elan edərək, dos. Reyhan Ağayevanın  növbəti 5 il üçün ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı seçildiyini bildirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search