Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə “İnkişaf marafonu 2022” layihəsi çərçivəsində “Shane Academy Azerbaijan” şirkətinin təsisçi direktoru, xaricdə təhsil eksperti, IELTS/TOEFL/Duolingo instruktoru Jalə Bəhrəmova və “DECTEC” Group idarə heyətinin sədri, “NİGAR TARIM” idarə heyətinin üzvü, ADNSU-nun dosenti, biznes konsultant Sakit Səmədov tələbələrlə görüşü keçirilib. Görüşdə spikerlərin “İnkişafın qısa yolu” və “Şəxsi inkşafda dilin rolu” mövzularında təqdimat-çıxışları dinlənilib.
Təqdimatlarda xaricdə təhsil imkanları, peşəkar inkişafa dəstək, ölkə daxilində və xaricdə karyera qurmanın başlıca şərtləri, beynəlxalq dil sertifikatları, fərdi inkişaf, habelə müxtəlif mövzu və sahələrdə motivasiyanın gücləndirilməsi, dil biliklərinin artırılması və gündəmdəki digər mövzular mütəxəssis səviyyəsində izah olunub.