Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “Gənc tədqiqatçılar: reallıqlar, çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri dosent İlqar Orucov, universitetin alimlərindən Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov, professor Əbülfət Pələngov, professor Əli Zalov, professor Ramiz Əliyev, professor Bəhram Əliyev, Magistratura və doktorantura şöbəsinin müdiri s.e.ü.f.d. Rəşad Sadıqov, Elmi katib dosent Nərminə Abdullayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri İlkin Əsgərov və şuranın üzvü olan gənc tədqiqatçılar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən prorektor prof. Asəf Zamanov gənc tədqiqatçılarla işin qurulmasından danışaraq, bu istiqamətdə görülən işlərdən söz açıb. Qeyd edib ki, ADPU-da təkcə cari il ərzində 4 nəfər elmlər doktorluğu dissertasiyasını müdafiə edib.
Prorektor bildirib ki, tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, beynəlxalq mübadilə proqramlarında iştirak və beynəlxalq təcrübənin öyrənilməsi qarşıda duran əsas problemlərdəndir.
Ali təhsil müəssisələrinin reytinqinin orada aparılan elmi-tədqiqatların və əldə olunan nailiyyətlərin səviyyəsi ilə ölçüldüyünü vurğulayan prof. A.Zamanov bunun üçün gənclərin elmə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
Çıxış edən dos. İlqar Orucov tədqiqat nəticələrinin beynəlxalq elmmetrik bazalarda jurnallarda dərc olunmasınn əhəmiyyəti haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən Şura sədri İlkin Əsgərov ADPU-da gənc tədqiqatçıların işinin əlaqələndirilməsi və stimullaşdırılma tədbirləri haqqında danışıb, prof. İ. Bayramov, prof. Ə. Pələngov, prof. Əli Zalov, prof. Ramiz Əliyev və başqaları gənc kadrların hazırlanmasının aktual məsələri haqqında fikirlərini bölüşüblər.
Daha sonra Şuranın üzvü olan doktorant və gənc tədqiqatçılar öz təəssüratlarını bölüşüb, fikir və təkliflərini bildiriblər.