Previous Next

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş keçirilib

✅ Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, ADPU-nun Strateji inkişaf mərkəzinin əməkdaşları, tələbələri, 82 nömrəli tam orta məktəbin direktoru və müəllimləri iştirak edib.

✅ Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva müəllim peşəsinə yiyələnən gənclərin mühüm bir missiya daşıyıcısı olduğunu bildirib. İdarə müdiri tələbə olaraq hərtərəfli seçimlərdən keçərək ümumi təhsil müəssisələrinə dəstək işini üzərinə götürməyin səmimi istək və vətənpərvərlik göstəricisi olduğunu bildirib. Məktəblərdə şagirdlərə bilik verilməklə yanaşı, onlarda müəyyən bacarıqların formalaşmasına nail olmağın vacibliyindən danışan M.Vəliyeva universitet-məktəb arasında qarşılıqlı əlaqənin müsbət nəticələri olacağına inandığını deyib.

✅ ADPU-nun prorektoru Könül Pirverdiyeva layihənin məqsədi məktəblərin reytinq meyarları, şagird nəticələrinin ölkə üzrə paylanması, milli və beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisindəki problemlər barədə məlumat verib.
✅ Sonra ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşı Vəfa Nəzirova təqdimatla çıxış edib.

✅ Tələbələr layihə çərçivəsində mentor kimi fəaliyyət göstərdikləri məktəblərdə müşahidə etdikləri vəziyyətin təhlilinə dair fikirlərini bildiriblər, müvafiq təkliflərlə çıxış ediblər.

💡 Qeyd edək ki, “EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan 82 nömrəli tam orta məktəb tərəfindən hazırlanıb. Layihə çərçivəsində ADPU-nun riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri ümumtəhsil məktəblərində mentor olaraq fəaliyyət göstərirlər.
💡 Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumtəhsil məktəbində IX sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.
💡 Hazırda 53 tələbə layihədə mentor olaraq fəaliyyət göstərir. Layihə ümumtəhsil məktəblərində təhsil alan 500-ə yaxın məktəblini əhatə edir.
EduSimbioz #ADPUSİM #edusimbioz #ET

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search