Previous Next

"Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutdu

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində "Azərbaycan HR İnstitutu" tərəfindən keçirilən "Strateji insan resurslarının idarə olunması" tədris proqramının aşılışı keçirilib. Həyata keçirilən tədris proqramında Azərbaycanın layihənin tərəfdaşı olan 16 ali təhsil müəssisəsindən 18 nəfər iştirak edib və məqsəd ali təhsil müəssisələrində insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsidir. Tədbirdə ADPU-nun İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova da iştirak edib.
ECAR layihəsinin tərəfdaşı olan Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ev sahibliyi ilə baş tutan tədbirdə hazırda idarəetmənin mühüm halqalarından birinin insan resursları olduğunu bildirən universitetin tədris işləri üzrə prorektoru f.ü.e.d. prof. Zaur Bağırov bu istiqamətdə ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq sertifikasiya proqramında iştirak etməsinin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirərək iştirakçılara uğurlar arzu etdi.
Daha sonra ECAR layihəsinin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova çıxış edərək ECAR layihəsinin əsas məqsədlərindən birinin ali təhsil müəssisələrində idarəetmə bacarıqlarının inkişafı olduğunu nəzərə alaraq insan resurslarına dair təlimlərin təşkilinə xüsusi önəm verildiyini vurğuladı.
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov öz çıxışında ölkəmizdə insan kapitalının inkişafı, ali təhsildə idarəetmənin təkmilləşdirilməsi, strateji insan resurslarının idarə edilməsinin təşkili və bu istiqamətdə innovativ yanaşmaların vacibliyini bildirdi.
Qeyd olunmalıdır ki, Azərbaycan HR İnstitutunun təlimçisi Fəzilə Əsgərova tərəfindən baş tutacaq "Strateji insan resurslarının idarə olunması” tədris proqramı toplam 6 modul (İstedadların cəlb olunması, HR əməliyyatlar, Öyrənmə və inkişaf, İstedadların idarə olunması, Ölçmə və analitika, Biznes liderlik) olmaqla ümumilikdə 20 saat müddətində təşkil olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search