Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının birgə təşkilatçılığı ilə “Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət planının müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əməkdaşları və Bakı, Sumqayıt, Abşeron və digər regionların məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçi-müəllimləri iştirak ediblər.
Dəyirmi masa məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislərin maraqlı və aktual təqdimatları ətrafında müzakirələrlə keçib.
Sonda iştirakçılər təqdimatlara münasibət bildirib və maraqlı təkliflər irəli sürüblər.