Fevralın 13-də Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev ilə bir neçə ali təhsil müəssisələrinin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) üzrə məsul şəxslər də iştirak edib.
Görüşdə təhsil tələbə kreditlərinə müraciətlər zamanı qarşıya çıxan problemlər ve onların həlli məsələləri araşdırılmış, daha çox tələbənin TTK-dan yararlanmaları barədə ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.