Previous Next

ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının İdarə Heyətinin növbəti iclası keçirildi

Fevralın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirdi ki, Respublikada icra olunan uğurlu gənclər siyasəti ADPU-da da səylə davam etdirilir.
Prorektor qeyd edib ki, 12 yanvar 2022-ci il tarixində yeni tərkibdə formalaşdırılmış Şura ADPU-da və onun filiallarında çalışan və təhsil alan gənc alim və tədqiqatçıların elmi fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinə yardım etmək, onların yaradıcı elmi və innovasiya fəaliyyətlərini inkişaf etdirmək istiqamətində mühüm rola malikdir.
Prof. A.Zamanov diqqətə çatdırıb ki, 2022-ci təqvim ilində Universitet rəhbərliyinin və Şuranın təşkilatçılığı, təşəbbüsü ilə gənc alim və tədqiqatçılar arasında “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin keçirilməsi də gənc alimlərin stimullaşdırılmasında xüsusi əhəmiyyət daşıyır.
İclasda ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərovun 2022-ci təqvim ilinin yekunlarına həsr olunmuş hesabatı dinlənilib. Bildirilib ki, il ərzində ADPU-da gənc alim və tədqiqatçıların Respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, 2022-ci təqvim ilində universitetin 40 yaşa qədər olan gənc alim və tədqiqatçıları 87 Respublika, 235 Beynəlxalq səviyyəli elmi konfransda iştirak etmişdir. Bundan başqa, gənc alim və tədqiqatçıların Respublikada nəşr olunan və eləcə də beynəlxalq nüfuzlu jurnallarda ümumilikdə 145 məqaləsi çap olunmuşdur, Şura üzvlərindən 11 nəfər fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmiş, 6 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi diplomu almışdır.
Filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, pedaqogika üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və digər tədbir iştirakçıları çıxış edərək hesabatla bağlı fikir və təkliflərini bildirmiş, fəaliyyət planında icrası nəzərdə tutulmuş məsələlərin gənc alim və tədqiqatçılar üçün əhəmiyyətindən danışmışlar.
Sonda İdarə Heyətinin üzvləri fəaliyyət planına uyğun olaraq 2023-cü təqvim ilindən başalayaraq hər il 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində ADPU-da “İlin gənc müəllimi” müsabiqəsinin keçirilməsi üçün universitet rəhbərliyinə müraciət etməyi qərara almışlar.
Yekunda təqdim olunmuş hesabat Şuranın İdarə Heyəti tərəfindən qəbul edilmişdir.
Hesabatın dinlənilməsindən sonra Şuranın 2023-cü təqvim ili üçün fəaliyyət planı müzakirə edilib və qəbul olunub. İclasda, həmçinin filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova Şuranın İdarə Heyətinə üzv seçilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search