Previous Next

Pedaqoji Universitetin özünütəhlil hesabatı təsdiq edilib

Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclası açan Elmi Şuranın sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov Pedaqoji Universitet kollektivi adından fevralın 6-da Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş türk xalına və dövlətinə başsağlığı verib, qüdrətli türk xalqının əl-ələ verərək qısa zamanda bu fəlakətin fəsadlarını aradan qaldıracağına inamı ifadə edərək, hər zaman qardaşlarımızın yanında olduğumuzu vurğulayıb.
Gündəlikdəki məsələlərə keçməzdən əvvəl rektor tərəfindən son dövrlərdə elmi ad və dərəcələr alan əməkdaşlardan Azərbaycan dilçiliyi kafedrasının professoru fil.e.d. Həcər Hüseynovaya professor, Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti p.ü.f.d. Pərvin Qafarovaya dosent attestatı, Filologiya fakültəsinin dekan müavini fil.ü.f.d. Könül Həsənova, Ümumi pedaqogika kafedrasının müəllimi p.ü.f.d. Fəridə Xudiyeva, Elmi tədqiqat mərkəzinin əməkdaşı p.ü.f.d. Aynur Qafarlı və Quba filialının direktor müavini p.ü.f.d. Aysel Şeydayevaya isə fəlsəfə doktoru diplomları dəqdim edildi.
Daha sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun institusional akkreditasiyası ilə əlaqədar özünütəhlil hesabatının təsdiqi barədə məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, ADPU-da son akkreditasiya 2015-ci ildə olmuş və 7 iyun 2016-cı ildə ADPU müəllimlik ixtisasları üzrə bakalavr hazlrlamaq, pedaqoji ixtisaslar üzrə magistr hazırlamaq üçün akkreditasiya şəhadətnaməsi almışdır. 2019-cu ilin sonunda növbəti 5 il üçün ADPU-nun akkreditasiyası yenidən başlamış, lakin pandemiya səbəbindən proses yarımçıq qalmışdır. 14 noyabr 2022-ci ildə TKTA-nın məktubu əsasında institusional akkreditasiya prosesinə start verilmişdir. Akkreditasiyaya hazırlıq üçün TKTA ilə təlim xidmətləri üzrə müqavilə imzalanmışdır. ADPU-da 22 noyabr 2022-ci il tarixində özünütəhlil üzrə Təşkilat komissiyası yaradılmışdır. Komissiyanın fəaliyyəti nəticəsində universitetin bütün strukturlarının son 7 illik fəaliyyətini əks etdirən ümumilikdə 169 səhifəlik özünütəhlil hesabatı hazırlanmışdır.
Özünütəhlil hesabatı ilə tanışlıqdan sonra Elmi Şura hesabatın təsdiq olunaraq müvafiq orqana təqdim olunması haqqında qərar qəbul edib.
Cari məsələlərin müzakirəsində elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanovun magistrların dissertasiya işlərinin təsdiqi, dərs vəsaitlərinin nəşrinə icazə verilməsi, elmlər doktorluğu və fəlsəfə doktorluğu proqramları üzrə dissertasiya müvzuları və elmi rəhbərinin təsdiqi və dəyişdirilməsi ilə bağlı təqdimatları və Tədris Departamentinin direktoru dos. Sənan Əliyevin 2022-2023-cü tədris ili üçün ADPU-da pedaqoji təcrübənun təşkili haqqında məlumatı dinlənilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search