Previous Next

ADPU tələbələri "Azerbaijan British College" Təhsil Kompleksində pedaqoji təcrübə keçəcək

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültələrində pedaqoji təcrübə keçəcək sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübələrinin başlanmasına həsr olunmuş konfranslar keçirilib.
Konfranslarda fakültə rəhbərlikləri sonuncu tədris ili tələbələrinə pedaqoji təcrübənin qaydaları haqqında ətraflı məlumat verərək, tələbələrin təcrübə keçəcəkləri hər bir məktəbə ixtisas üzrə metodistlərin, pedaqoq və psixoloqların təhkim olunduğunu diqqətə çatdırıblar. Tələbələr təcrübə müddətində öz pedaqoji bacarıqlarını praktik olaraq tətbiq edəcək, məktəblərdə sınaq və icmal dərsləri keçəcəklər.
Qeyd edək ki, ADPU-da 2022/2023-cü tədris ilinin yaz semestrində pedaqoji təcrübə 16 fevral - 24 may 2023-ci il tarixləri arasında təşkil ediləcəkdir. Pedaqoji təcrübədə ADPU-nun fakültələri, ADPU nəzdində ADPK, filiallar, Magistratura və doktorantura şöbələri üzrə ümumilikdə 4.438 tələbə iştirak edəcək.
ADPU üzrə 2022/2023-cü tədris ilinin pedaqoji (istehsalat) təcrübəsi 14 həftə müddətində və çoxtərəfli müqavilələrə əsasən keçirilir. Tələbələrin təcrübələri Elm və Təhsil Nazirliyinin tabeliyindəki 7 müəssisədə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 103 ümumtəhsil və 9 məktəbəqədər təhsil müəssisəsində, habelə 14 özəl müəssisədə, eyni zamanda beynəlxalq təhsil müəssisəsi olan "Azerbaijan British College" Təhsil Kompleksində (ikitərəfli müqavilə əsasında) təşkil olunur. Sosial iş ixtisası üzrə təhsil alan 57 tələbədən 10 nəfəri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində, 47 nəfəri isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinın tabeliyindəki Gənclər evlərində istehsalat təcrübəsində olacaqlar.
"Azerbaijan British College" Təhsil Kompleksində pedaqoji təcrübə keçəcək müxtəlif ixtisaslarda təhsil alan 10 tələbə bu yaxınlarda “British Council” tərəfindən keçirilən IELTS imtahanlarında nailiyyət əldə edərək müsabiqə yolu ilə həmin məktəbdə təcrübə kecmək şansı qazanıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search