Previous Next

Şəki filialında pedaqoji təcrübə uğurla davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının buraxılış kurslarının pedaqoji təcrübələri uğurla davam edir. Fevral ayının 16-dan başlayaraq Şəkinin təhsil müəssisələrində təcrübədə olan tələbələr təhsil illərində əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri aparır, müxtəlif tədbirlər təşkil edir və təlim-tədris prosesi ilə bağlı məsələləri həvəslə öyrənirlər.
Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, ixtisas metodisti Səadət Feyzullayevanın rəhbərliyi ilə “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələri Alagöz Əhmədovanın Şəki şəhəri Humanitar təmayüllü liseydə, Ayşə Məmmədovanın 18 saylı tam orta məktəbdə “İlk tibbi yardım” mövzusunda sınaq dərsləri, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının tələbələri Aytac Məmmədova, Şəhanə Məcidova və Minayə Hüseynovanın Şəki şəhər 17 saylı uşaq bağçasında orta və böyük qruplarda keçdikləri “8 Mart – Anaların Bayramı” mövzusunda sınaq məşğələləri tələbələrin ilk uğurlu addımı kimi dəyərləndirilə bilər. Müzakirələr zamanı ixtisas metodisti, fənn müəllimləri və müşahidəçi tələbələr təcrübəçi tələbələrin əyanilik və inteqrativlikdən səmərəli istifadə etdiklərini, dərslərin və məşğələlərin xüsusi marağa səbəb olduğunu vurğulayıblar.
Qeyd edək ki, pedaqoji təcrübə may ayının 24-dək davam edəcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search