Previous Next

ADPU rektoru 8000-dən çox xanım tələbəyə təbrik açıqcası göndərdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tələbələrinin əksəriyyətini qızların təşkil etdiyi Universitetin xanım tələbələrini ənənəvi təbrik mesajından əlavə olaraq, fərqli şəkildə təbrik edib.
Rektor tərəfindən 8 min nəfərdən çox xanım tələbənin ünvanına şəxsi elektron açıqca göndərilib. Rektorun bu addımı tələbələr tərəfindən maraqla qarşılanıb və qısa müddətdə minlərlə tələbə tərəfindən bununla bağlı sosial media və şəxsi mesencer hesablarında, səhifələrdə paylaşımlar edilib.
Xatırladaq ki, ADPU rektoru, həmçinin Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 7-də ötən semestrin imtahan sessiyasında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 10 xanım tələbəni qəbul etmiş, onlara təşəkkürnamə və gül dəstələri təqdim etmişdi.
Qeyd edək ki, ADPU-nun Bakıdakı korpuslarında ümumilikdə 11 minə qədər tələbə təhsil alır ki, onların da 80 faizdən çoxu qızlardır.
Təbrik açıqcasını və aksiya ilə bağlı fotoşəkilləri təqdim edirik.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search