Previous Next

ADPU-nun prorektoru TIMSS-2023 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə görüşdə iştirak edib

Fevralın 26-dan martın 3-nə qədər Çex Respublikasının paytaxtı Praqa şəhərində VI TIMSS Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı üzrə (Trends in International Mathematics and Science Study) Milli Tədqiqat Koordinatorlarının görüşü keçirilib. Toplantının məqsədi TIMSS-2023 beynəlxalq qiymətləndirmə tədqiqatında verilənlərin toplanması və idarə olunması, tərcümə və verifikasiyası üzrə fəaliyyətləri müzakirə etmək və şagird nəticələrinin qiymətləndirilməsi təliminin keçirilməsidir.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və Strateji İnkişaf Mərkəzinin əməkdaşı Vəfa Nəzirova-Şıxlı iştirak edib.
Görüşün proqramına uyğun olaraq, ilk təlim günündə “İnkişaf hesabatının müzakirəsi”, “Dataların idarə olunması, tərcümə və verifikasiyası” və “Sorğuların hazırlanması”, ikinci gün “IV sinifdə Riyaziyyat fənnindən şagird nailiyyətlərinin qiymətləndirilməsi” və “IV sinifdə Təbiət elmləri fənnindən şagird nailiyyətlərinin qiymətləndirməsi”, üçüncü və dördüncü təlim günlərində isə “VIII sinifdə Riyaziyyat fənnindən şagird nailiyyətlərinin qiymətləndirilməsi” və “VIII sinifdə Təbiət elmləri fənnindən şagird nailiyyətlərinin qiymətləndirməsi” mövzularında təlimlər keçirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search