Martın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Litva Respublikasının Vytautas Magnus Universitetinin (VMU) nümayəndəsi ilə görüş keçirilib.
Görüşdə VMU-nun prorektoru Dos. dr. Vilma Bijeikienė və ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
Görüş zamanı rektor Cəfər Cəfərov və prorektor Eldar Aslanov qonağı salamlayaraq ADPU-nun fəaliyyəti, tarixi, strukturu, təhsil proqramları barədə məlumat veriblər. Litva universitetləri ilə əlaqələrin əhəmiyyəti, cari vəziyəti və mümkün əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə hər iki tərəfin maraqlı təklifləri və maraq doğuran layihələr müzakirə olunub.
Sonda qonağa hədiyyə təqdim olunub.