Previous Next

Pedaqoji Universitetdə Heydər Əliyevə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş olundu

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi tərəfindən teatrın direktoru, şair-dramaturq İvtixar Piriyevin “Qurtuluş” pyesinin tamaşası nümayiş etdirib.
Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim və tələbə kollektivi ilə yanaşı Pedaqoji Universitetdə ekskursiyada olan İmişli, Beyləqan, Saatlı və Sabirabad məktəbliləri də iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə icra olunan “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, müasir Azərbaycanın ən parlaq səhifələrini yaradan görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub.
Tamaşanın quruluşçu rejissor və tərtibatçı rəssamı İvtixar Piriyev, rejissor asistenti İmaməli İmaməliyevdir. Səhnə əsərində Heydər Əliyevin bədii obrazını da Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırır. Digər rolları teatrın aktyorları Məhərrəm Musayev, Esmiralda Şahbazova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Natiq Həziyev, Sevinc Hüseynova, Bəhruz Hikmətoğlu, Fərid Vəliyev, Samir Əliyev, Müdvər Nemətova, Xədicə Məmmədova, Pərvin Dadaşova, Güney Əliyeva, Sevinc Hüseynova Bəxtiyar, Zəki Fətəliyev, Səbinə İmamverdiyeva, Anar Buludov, Arzuman Tanrıverdi ifa edirlər.
Tamaşa universitet kollektivi, tələbələr və məktəblilər tərəfindən maraqla qarşılanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search