Previous Next

ADPU-nun müəllimləri və təcrübəçi tələbələri “Heydər Əliyev və Türk dünyası” konfransına qatılıblar

Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimləri Nəcibə Axundova, Mehmanə Sadiq və təcrübəçi tələbələr Beynəlxalq Muğam Mərkəzində keçirilən “Heydər Əliyev və Türk dünyası” adlı konfrans və ədəbi-bədii gecədə iştirak ediblər.
Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (İB), “NƏFƏS” İB və “UNİTY Company”in təşkilatçılığı ilə gerçəkləşən tədbirdə türk ölkə və topluluqlarından gəlmiş mötəbər qonaqlar və yazarlar çıxışlar edib, tanınmış incəsənət xadimlərinin ifaları iştirakçılara xoş anlar yaşadıb.
Çıxışlarda böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin Türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar haqqında danışılıb, söylədiyi mülahizələrin böyük tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğulanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search