Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris Departamentinin Məzun koordinasiya və karyera şöbəsi və Prestij-S Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ADPU tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda məntiq olimpiadası keçirilib.
Olimpiadanın I mərhələsi 26-28 aprel tarixlərində 712 tələbənin iştirakı ilə keçirilib. Növbəti mərhələyə keçid alan 212 nəfər tələbə arasında aprel ayının 30-da keçirilən final mərhələsində qaliblər müəyyənləşdirilib.
Qaliblərin mükafatlandırılması mayın 4-də universitet rəhbərliyi və fakültə dakanlarının iştirakı ilə ADPU-da baş tutumuşdur.
Tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, rektor köməkçisi Riyad Rüstəmli, Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, Filologiya fakültəsinin dekan müavini Zemfira Abbasova və Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova iştirak edib.
Qaliblərə Prestij-S Tədris Mərkəzi tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim edilib. I yerin qalibi - İbtidai təhsil fakültəsinin tələbəsi Sevinc Feyzullayeva diplom, qiymətli hədiyyə və mərkəzdə 100 % güzəştlə təhsil imkanı, II yerin qalibləri - Riyaziyyat fakültəsinin tələbələri Sevda Alverdiyeva və Zümrüd Tağızadə diplom, qiymətli hədiyyə və mərkəzdə 50 % güzəştlə təhsil imkanı III-X yerlərin qalibləri isə diplom, dərs vəsaitləri və mərkəzidə güzəştli təhsil imkanı qazanıblar. Olimpiadanın II mərhələsinin iştirakçılarına isə mərkəz tərəfindən 10 % güzəştlə təhsil imkanı və iştirakçı sertifikatı təqdim olunub.