Previous Next

ADPU-da “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsəri təqdim olundu

Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor  Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə  işıq üzü görən “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ADPU rəhbərliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutununTe rminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, millət vəkili Şahin İsmayılov, professor Sevinc Əliyeva, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov  “Heydər Əliyev İli” çərçivəsində universitet əməkdaşlarının həyata keçirdikləri tədbirləri Ulu Öndərə sayğı kimi qiymətləndirmiş, nəşr olunan hər bir elmi əsərin  gələcək nəsillərə layiqli töhfə olacağını bildirmişdir.

Təqdimat mərasimində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının  dosenti Həmzə Əliyev məruzə ilə çıxış etmişlər.

Tədbir Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Ata-Heydər, oğul-İlham” mahnısının sədaları altında tamamlanıb.

Tədbirin sonunda iştirakçılara “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” kitabı, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Linqvistika problemləri” jurnalı və “Filologiya” qəzetinin xüsusi buraxılışı hədiyyə edilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search