Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fakültə komandaları arasında keçirilən oğlanlararası və qızlararası voleybol yarışları yekunlaşıb. Yarışda universitetin 9 fakültəsi üzrə qızlar arasında 8 komanda, oğlanlar arasında 9 komanda mübarizə aparıb.
Qızlararası yarışda finalda birinciliyi Fizika fakültəsi, ikinciliyi Riyaziyyat fakültəsi, üçüncülüyü isə İbtidai təhsil fakültəsi qazanıb.
Oğlanlararası yarışda birincilik Tarix və coğrafiya fakültəsinin olub. İncəsənət və fiziki tərbiyə fakültəsinin komandası ikinci, Kimya və biologiya fakültəsinin komandası isı üçüncü yer tutub.
Mükafatlandırılma mərasimində ADPU-nun ümumi işlər üzrə prorektoru Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, ADPU THİK sədri dos. Vurğun Məmmədov və fakültə dekanları iştirak edib. Qalib komandalara kuboklar və medallar təqdim olunub.